Formula 1-ə görə quraşdırılmış beton bloklar yığışdırıldı

ÖLKƏ
11:35
20 İyun 2022
621

Formula 1 azarkeşlərinin və işçi heyətinin təhlükəsizliyinin təmin olunması məqsədilə quraşdırılmış 3500-dən çox beton blok artıq yığışdırılıb.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasından məlumat verib.

Bununla, Formula 1 Azərbaycan Qran Prisinin keçirildiyi yollar nəqliyyatın tam hərəkəti üçün hazır vəziyyətə gətirilib.

“2022–ci il Formula 1 Azərbaycan Qran Prisi ərzində nəqliyyatın hərəkətindəki məhdudiyyətlə əlaqədar göstərdikləri anlayışa görə şəhər sakinlərinə və sürücülərə təşəkkürümüzü bildiririk. Onların rahatlığının təmin olunması və yollardakı gərginliyin minimuma çatdırılması istiqamətində növbəti illərdə də Bakı Şəhər Halqası tərəfindən zəruri addımlar atılacaqdır”, - deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin direktoru Arif Rəhimov bildirib.

Xatırladaq ki, Bakı şəhərinin ev sahibliyi etdiyi 2022–ci il Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutub.

Xəbər lenti