Bakı-Şamaxı yolunda ağır qəza - Ölənlər var

HADİSƏ
10:25
20 İyun 2022
636

Ötən gecə Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, magistralın 30-cu kilometrliyində - Abşeron rayonu ərazisində “Opel” markalı minik avtomobili “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü, 1977-ci il təvəllüdlü Babək Məmmədov və sərnişini Samirə Məmmədova aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti