Daha bir nənə xəstə nəvəsini diləndirir - Rəsmi açıqlama

ÖLKƏ
15:55
18 İyun 2022
648

Bərdədə daha bir qadının xəstə nəvəsini diləndirməsi ilə bağlı məlumat yayılıb.

Sabah.az xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

O bildirib ki, uşağa DSP diaqnozu qoyulub və o, buna görə müavinət alır, ancaq buna baxmayaraq, nənəsi tərəfindən Bərdə bazarında mütəmadi olaraq diləndirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı saytımıza açıqlamasında bildirib ki, məsələdən məlumatlıdırlar:

“Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır”.

Xəbər lenti