Bu yollarda sıxlıq var - Siyahı
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən Sabah.az-a verilən xəbərə görə, Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:
1. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda 20 Yanvar dairəsi istiqamətində sıxlıq;
2. Tbilisi prospektində, İzmir küçəsi ilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində sıxlıq;
3. Abbasqulu ağa Bakıxanov küçəsində, İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində nisbətən sıxlıq;
4. Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən, Ak. Həsən Əliyev küçəsi istiqamətində sıxlıq;
5. Neftçilər prospektində Əziz Əliyev küçəsi ilə kəsişməyə çatmamış Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.
Daha çox