39 yaşlı kişi arvadını öldürüb intihar etdi

ÖLKƏ
09:29
18 İyun 2022
514

İmişli sakini arvadını bıçaqlayaraq öldürüb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhərində qeydə alınıb.

Gecə saat 01 radələrində İmişli rayonunun Yalavac kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1986-cı il təvəllüdlü Mustafayeva Turan Vaqif qızını 9 bıçaq zərbəsi ilə qətlə yetirib. O, daha sonra özünü bıçaqlayaraq intihar edib.

Onların birgə nigahdan bir övladları var.

Faktla bağlı İmişli rayon prokuroluğunda araşdırma aparılır.

Xəbər lenti