Evlənənlərin sayı artıb, boşanmalar azalıb

XƏBƏR
15:09
17 İyun 2022
203

Bu ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 18 506 nikah və 5043 boşanma halları qeydə alınıb.

Sabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 5,6-ya qədər artıb. Boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.

Xəbər lenti