Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
10:05
17 İyun 2022
321İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Daha çox