Minik maşını motosikletlə toqquşdu, ölən var

XƏBƏR
15:56
15 İyun 2022
242

Qaradağda motosikletçi qəza nəticəsində ölüb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyunun 14-də saat 11 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində qeydə alınıb.

F.Xəlilovun idarə etdiyi “Howo” markalı avtomobil və Abşeron rayon sakini Ramin Eyvazovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motiosikletçi hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Xəbər lenti