Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldıldı

ÖLKƏ
16:44
23 Mart 2020
45

Sərnişin tələbatını nəzərə alaraq, martın 24-dən martın 28-i də daxil olmaqla, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayında dəyişiklik edilir.

Sabah.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, həmin tarixlərdə Bakıdan saat 17:00, 18:30 və 19:55-də yola düşən qatarlar, Sumqayıtdan isə Bakıya saat 17:45, 18:45 və 19:30-da qayıtmalı olan qatarların hərəkəti ləğv olunur.

Xəbər lenti