11-ci sinif şagirdi “Son zəng” öncəsi yoxa çıxdı - Foto
Füzulidə 11-ci sinif şagirdi itkin düşüb.
Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Baş Mil kanalının Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Daha çox