Formula 1-ə görə bağlanan yolların açılması ilə bağlı qərar dəyişdirildi - Yenilənib
Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində bağlanan prospekt və küçələr iyunun 14-ü səhər saat 10:00-dan açılacaq.
Sabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.
Bundan başqa, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.
***
Bakı Şəhər Halqasından verilən məlumata görə Formula 1-ə görə bağlanan yollarla bağlı qərar dəyişib.
Bildirilib ki, Qran-pri üçün qapadılan küçə və prospektlər bu gün sat 18:00-dan etibarən açılacaq.
Bundan başqa, iyunun 13-dən 20-ə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-ə qədər aradan qaldırılacaq.
Daha çox