“Kontakt Home” barəsində başlanılan araşdırma şirkətin xeyrinə həll olundu

XƏBƏR
10:15
13 İyun 2022
396

Ötən günlərdə mobil telefon cihazları bazarında antiinhisar qanunvericiliyinin tələblərinin pozulması hallarına yol verilməməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədə mobil telefon satışı ilə məşğul olan şirkətlərin fəaliyyətini araşdırmağa başlamışdı.

Aparılan araşdırmalar çərçivəsində “Kontakt Home” mağazalar şəbəkəsi ondan tələb olunan sənəd və məlumatları qanunvericiliyin tələbləri çərçivəsində işəbaxma komissiyasına təqdim edib.

Nəticədə şirkətin fəaliyyətində heç bir pozuntu və ya çatışmazlıq aşkar edilməyib, Dövlət Xidməti şirkətin rəsmi və qüsursuz fəaliyyətini yüksək qiymətləndirib.

Xəbər lenti