Eyni köynək, eyni ünvan, eyni oğru - Video

ÖLKƏ
16:32
11 İyun 2022
615

Xəbər verdiyimiz kimi, Nərimanov rayonunda yerləşən 4 evdən 113 min manatlıq qızıl-zinət əşyaları və pul vəsaitləri oğurlayan Niyaməddin Əliyev saxlanılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, N.Əliyev 2018-ci ildə də eyni rayon ərazisində yerləşən mənzillərdən silsilə oğurluqlar edib.

Adıçəkilən şəxs 4 il öncə olduğu kimi, bu dəfə də saxlanılarkən eyni köynəkdə olub. Bu da sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Niyaməddin Əliyev 2018-ci ildə saxlanılarkən

Niyaməddin Əliyev 2022-ci ildə saxlanılarkən

Xəbər lenti