Formula-1 Azərbaycan təxirə salındı

İDMAN
15:34
23 Mart 2020
120

"Formula 1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi açıqlamasında bildirilir. Təşkilatçılar koronovirus səbəbindən bu qərarı veriblər.

Yarış 5-7 iyunda keçirilməli idi.

Qeyd edək ki, daha öncə 7 mərhələ təxirə salınıb. Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Monako Qran-Prilərinin sonradan keçirilib-keçirilməməsi də dəqiqləşməyib.

Xəbər lenti