Bərdədə dörd nəfər 17 yaşlı qızı qaçırdı
Bərdədə 17 yaşlı qız qaçırılıb.
Sabah.az xəbər verir ki, hadisə rayonunun Darğalar kəndində baş verib.
2005-ci il təvəllüdlü yeniyetmə qızın öz istəyinə zidd olaraq evlənmək məqsədilə qaçırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, iyun ayının 9-da axşam radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
Saxlanılan O.Əzizov, R.Əzizov, E.Ələkbərov və İ.Əzizova barəsində Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Daha çox