19 yaşlı oğlanı öldürən həmyaşıdı tutuldu

ÖLKƏ
10:35
10 İyun 2022
419

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilib ki, Sabunçu rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

İyunun 9-da rayon ərazisində 2003-cü il təvəllüdlü Sübhan Cəfərovun üzərində xəsarət izləri olan meyiti aşkar olunub. Əməlin 2003-cü il təvəllüdlü İlham Xanlarov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. İlham Xanlarov polis əməkdaşları tərəfindən tutulub, istintaq davam edir.

Xəbər lenti