Cəbrayılda yol qəzası - Ölən və yaralananlar var

XƏBƏR
10:11
10 İyun 2022
265

Cəbrayıl rayonunda ağır yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə iyunun 9-u saat 18 radələrində rayonun Qumlaq kəndində qeydə alınıb.

Zamiq Əliyevin idarə etdiyi “Niva” və R.İsayevin idarə etdiyi “Great Wall Wingle” markalı avtomobillər toqquşub. Nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti