Ərdoğan Hulusi Akar və Zakir Həsənovla təlimləri izlədi - Fotolar+Yenilənib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq hərbi təlimləri izləmək üçün İzmirə səfər edib.
Sabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, təlimləri Ərdoğan və Türkiyənin milli müdafiə naziri Hulusi Akarla yanaşı, tədbirə dəvət edilən xarici ölkələrin müdafiə nazirləri də izləyir.
Xatırladaq ki, təlimə Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuz da cəlb edilib. Təlimlər bu gün başa çatacaq.
***
Eyni zamanda müdafiə naziri general-polkovnik Zakir Həsənov “Efes-2022” çoxmillətli təliminin sonuncu günündə icra olunan tapşırıqları izləyib.
Daha çox