Ukraynada gəmidə qalan vətəndaşlarımızla bağlı - XİN-dən açıqlama
Xəbər verdiyimiz kimi, Ukraynanın minalanmış limanlarında hərəkətsiz qalan gəmilərdə Azərbaycandan olan şəxslər də var.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, bir müddət öncə Ukraynanın Olviya limanında duran “Orion S” gəmisində Azərbaycan vətəndaşları olan dörd nəfərdən ibarət heyətin qaldığı məlum olub:
“Ukraynadakı səfirliyimiz heyətlə əlaqə saxlayıb, limana yaxın ərazilərdə təhlükəsizlik vəziyyətinin daha da pisləşməsi səbəbindən gəmini tərk etmək barədə qərar şirkətlə razılaşdırıldıqdan sonra vətəndaşlarımız gəmidən çıxarılaraq Moldova ilə sərhədə çatdırılıb”.
Abdullayeva qeyd edib ki, vətəndaşlar Rumıniya və Türkiyə üzərindən marşrutla Azərbaycana geri dönüblər:
“Digər gəmidə qalan vətəndaşlarımız barədə səfirliyimizə hələ ki, məlumat daxil olmayıb. Səfirliyimiz tərəfindən bu məsələ ilə bağlı əlavə araşdırmalar aparılır”.
Daha çox