Ukrayna limanlarındakı gəmilərdə Azərbaycan vətəndaşları da var - BMT

XƏBƏR
09:47
9 İyun 2022
208

“Ukraynanın minalanmış limanlarında hərəkətsiz qalan gəmilərdə Azərbaycandan olan şəxslər də var”.

Sabah.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə məlumatı BMT-nin Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi üzrə müşaviri Piter Adams açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna limanlarında təqribən 80 gəmi hərəkətsiz halda qalıb. Bu gəmilərdə isə təqribən 450 dənizçi var:

“Onlardan üçdə biri Filippindən olsa da, sıralarında Azərbaycan, Türkiyə və Suriyadan çox sayda adam var”.

Adams, həmçinin qeyd edib ki, limanlarda dəniz minalarının zərərsizləşdirilməsi üçün bir neçə ay tələb olunacaq.

Xəbər lenti