Polislər 16 yaşlı qızın toyunun qarşısını aldı

XƏBƏR
17:01
8 İyun 2022
261

Qazaxda yetkinlik yaşına çatmayan qızın erkən nikaha daxil olmasının qarşısı alınıb.

Sabah.az xəbər verir ki, Qazax rayon Polis Şöbəsinə rayonun Kosalar kəndində yetkinlik yaşına çatmayan şəxsin ailə qurması və bununla bağlı toy mərasimi keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıb:

“Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər”.

Məlumata görə, erkən nikaha sövq edilən şəxs məktəblidir, onun 16 yaşı olub.

Xəbər lenti