Xızıda kişi arvadını işgəncə verərək öldürdü

XƏBƏR
12:02
8 İyun 2022
244

Xızı rayonunda qətl törədilib.

Xızı Rayon Prokurorluğundan Sabah.az-a verilən məlumata görə, iyunun 1-də 1971-ci il təvəllüdlü Bahar Mustafayevanın küt alətlə xəsarət yetirilməsi, iyunun 5-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri Əbülfət Əliyev şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Bahar Mustafayevaya küt alətlə baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirib, nəticədə o, almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Əbülfət Əliyev ruhi-əsəb xəstəsi olması səbəbindən Psixiatriya Xəstəxanasının stasionarına yerləşdirilib. İstintaq davam edir.

Xəbər lenti