Qəza tıxaca səbəb oldu - Foto
Bakıda körpünün üstündə baş vermiş qəza yollarda tıxac yaradıb.
Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Abdulvahab Salamzadə küçəsi - Qələbə dairəsindən gələndə - Ziya Bünyadov prospekti istiqamətində, Tbilisi prospekti kəsişməsi olan hissədə, körpünün üstündə yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.
Baş verən qəza səbəbindən Qələbə dairəsində sıxlıq müşahidə olunur.
Daha çox