“Land Rover” ağır qəza törətdi - Sürücü öldü

XƏBƏR
09:42
7 İyun 2022
261

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində - Bakı-Ələt-Qazax magistralının Qobustandan keçən 52-ci kilometrliyində qeydə alınıb.

“Land Rover” markalı minik avtomobili “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü, 1982-ci il təvəllüdlü Eyvazov Vahid Səxavət oğlu ağır xəsarətlər alıb və Kliniki Tibbi Mərkəzə çatdrılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti