Dayanacaqdan velosipedi belə oğurladı - Video

XƏBƏR
16:23
4 İyun 2022
271

Nərimanov rayonunda ticarət mərkəzinin dayanacağından velosiped oğurlayan şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonunda yerləşən iri ticarət mərkəzlərindən birinin dayanacağından dəyəri 450 manat olan velosiped oğurlanıb. Oğurluğun baş vermə anları ərazinin kameraları vasitəsi ilə də anbaan görüntülənib.

Əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nicat Cəfərov saxlanılıb. O, ifadəsində oğurladığı velosipedi satdığını bildirib.

Faktla bağlı toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Nicat Cəfərovun Nərimanov və ya paytaxt ərazisində digər analoji cinayətlər törədib-törətmədiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

Xəbər lenti