Həbsdə ölən deputatın cinayət işinə xitam verildi

XƏBƏR
17:50
2 İyun 2022
213

Həbsdə ölən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə cinayət işinə xitam verilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, R.Cəbrayılovun təqsiri ittiham üzrə sübuta yetirilib. Deputat vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Xatırladaq ki, R.Cəbrayılov deputat olarkən torpaq sahəsinə dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək 11 nəfərin ümumilikdə 2 milyon 571 min manat pulunu mənimsəməkdə ittiham edilirdi.

Həbsdə koronavirusa yoluxan keçmiş deputat ötən il sentyabrın 30-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Xəbər lenti