“Hazırda temperatur normadan 4 dərəcə yüksəkdir”

XƏBƏR
17:44
1 İyun 2022
220

“İyun ayı ilin ən uzun günləri ilə fərqlənir. Bununla bərabər havanın hərarəti də tədricən yüksəlir və adətən may ayına nisbətən 4-5 dərəcə yüksək olur”.

Sabah.az xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, son 21 il ərzində ən isti iyun 2019-cu ildə müşahidə edilib:

“Bakıda havanın orta aylıq temperaturu 27 dərəcə isti təşkil edib ki, bu da iqlim normasından 4 dərəcə yüksəkdir.

2020-ci il iyunun 3-də Bakıda havanın temperaturu 40.4 dərəcə, 2021-ci il iyunun 26-da 41.2 dərəcə isti olub ki, bununla da, mütləq maksimum temperatur təzələnib.

Son 21 il ərzində isə ən sərin iyun 2003-cü ildə müşahidə edilib, iyunun 6-da minimal temperatur Bakıda cəmi 12.6 dərəcə isti olub.

Ümumilikdə son 21 il ərzində iyun ayında 16 il havanın aylıq temperaturu iqlim normasından 4 dərəcəyədək yüksək, 5 il isə normadan 1.5 dərəcəyədək aşağı olub. İqlimin istiləşməsini bütün fəsillərdə müşahidə edirik”.

Xidmət rəisi hazırda havanın temperaturunun iqlim normasından 4 dərəcəyədək yüksək olduğunu və mülayim isti hava şəraitinin həftənin sonunadək davam edəcəyini bildirib.

Xəbər lenti