Gənc qadın bayram tonqalına yıxıldı - Vəziyyəti ağırdır

HADİSƏ
17:47
22 Mart 2020
93

Ucar sakini Novruz bayramında tonqalda yanıb.

Sabah.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib.

Kənd sakini, 1998-cu il təvəllüdlü Səkinə Sərdar qızı Həsənova bayram tonqalına yıxılaraq yanıb.

Zərərçəkən Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. S. Həsənovanın yanıq xəsarətləri ağır olduğundan müalicəsini davam etdirmək məqsədi ilə o, Bakıdakı xəstəxanalardan birinə aparılacaq.