Bakıda sərnişin avtobusunun düşdüyü qəzanın - Videosu
Ötən gün Hövsan qəsəbəsində marşrut avtobusu ilə minik avtomobili toqquşub.
Sabah.az xəbər verir ki, jurnalist Asif Bağırov sosial şəbəkədə həmin hadisənin videosunu paylaşıb.
Onun yaydığı görüntülərdən məlum olur ki, qəza “BMW” markalı minik avtomobilinin idarəetmədən çıxması nəticəsində baş verib. Avtomobil köməkçi yoldan əsas yola çıxarkən idarəetmədən çıxaraq 132 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusunun önünə doğru hərəkət edib. Nəticədə toqquşma qaçılmaz olub, 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Daha çox