Bakıda avtobus BMW ilə toqquşub, xəsarət alanlar var - Foto

XƏBƏR
17:30
30 May 2022
326

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

132 nömrəli xətt avtobusu BMW markalı avtomobillə toqquşub. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan şəxslərin olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.

Araşdırma aparılır.

Xəbər lenti