Gürcüstana getmək istəyənlərin nəzərinə - Yeni qərar

ÖLKƏ
17:30
22 Mart 2020
260

Gürcüstan və Azərbaycan arasında sərhəddə tətbiq olunacaq daha bir məhdudiyyətin detalları məlum olub.

Sabah.az “Report”a istinadən xəbər verir ki, Gürcüstanla Azərbaycan arasında gediş-gəliş martın 23-dən etibarən yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə mümkün olacaq.

Məntəqənin iş saatları 10:00-dan 18:00-dək müəyyən olunub.

İki ölkə arasında tranzit və yük daşımaları bütün sərhəd-keçid məntəqələri vasitəsilə 24 saat ərzində həyata keçiriləcək.

Qeyd edək ki, martın 14-dən etibarən Gürcüstan və Azərbaycan arasında vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb. Martın 18-dən isə Gürcüstan öz vətəndaşları istisna olmaqla, əcnəbiləri ölkə ərazisinə buraxmır. Hər iki ölkə vətəndaşlarının vətənə qayıtmasına şərait yaradılır.

Xəbər lenti