DİN Fəzail Ağamalıya qarşı insidenti araşdıracaq
15:00
7 Fevral 2020
114Daxili İşlər Nazirliyi (DİN) 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı baş verən insidentlə bağlı araşdırma aparacaq.
Sabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə ilə bağlı nazirlik tərəfindən araşdırmalara başlanılacaq.
Qeyd edək ki, F.Ağamalı baş verən insidentin digər deputatlığa namizəd Kamil Musəvi tərəfindən hazırlandığını bildirərək, DİN, MSK, DTX və Baş Prokurorluğa müraciət edib.
Daha çox