Sumqayıtda üzərinə hasar uçan fəhlə öldü
17:20
22 Mart 2020
91Sumqayıtda kişi daş hasarın altında qalaraq ölüb.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Qurd dərəsi" bağlar massivində baş verib.
Fərdi yaşayış evlərindən birində fəhlə işləyən şəxsin üzərinə daş hasar uçub. Nəticədə, o, daşların altında qalaraq ölüb.
Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Daha çox