Həbs edilən “Şlyapa Zahid” axtarışda imiş - Yenilənib

ÖLKƏ
12:01
28 May 2022
496

Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinin sabiq əməkdaşı Zahid Niftəliyev həbs olunub. 

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Hərbi Prokurorluğun İstintaq İdarəsindən verilən məlumata görə, o, mənimsəmə və dələduzluqda ittiham olunur.

Z.Niftəliyev Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2-cü maddələri ilə təqsirli bilinir. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Z.Niftəliyev Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab olunurdu. O, “şlyapa” ləqəbi ilə də tanınıb.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4,  32.4, 312.2 maddələri ilə cinayət işi başlanıb. Lakin Z.Niftəliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib və 27 may 2022-ci il tarixdə saxlanılmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq Zahid Niftəliyevin qanunsuz əməllərindən zərərçəkmiş şəxslərə Hərbi Prokurorluğa müraciət etməyi tövsiyə edir (əlaqə nömrəsi 0502952323).

Xəbər lenti