Tanınmış şirkətdən 40 minlik mülk aldı, xoş olmayan sürprizlə qarşılaşdı

XƏBƏR
13:18
27 May 2022
232

Bakının Nərimanov rayonu ərazisində yeni inşa edilmiş binadan 2 qaraj alan şəxs əmlakının başqasına satıldığını iddia edib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mirəli Qaşqay küçəsi, 987-ci məhəllədə “Star” MTK tərəfindən tikilmiş binadan mülk alan Möhübbət Əsgərov həmin əmlaklarının başqasına satılması şikayəti ilə Nərimanov Rayon Polis İdarəsinə üz tutub.

O bildirib ki, 2015-ci ildə qarajları almaq üçün “Star” MTK-ya 40 min manat ödəyib. Bina tikilib təhvil verildikdən sonra isə həmin qarajların başqasına verilməsi məlum olub.

Müraciətlə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti