Polis qəza törətdi - Ölən var

HADİSƏ
12:23
27 May 2022
325

Xaçmazda polis əməkdaşı idarə etdiyi avtomobillə piyadanı vurub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gecə saat 01 radələrində Gəndob-Yalama yolunun Xaçmazın Ləcət kəndində baş verib.

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin manqa komandiri, polis baş serjantı Azər Dadaşovun idarə etdiyi “VAZ 21074” markalı avtomobillə vurduğu 1969-cu il təvəllüdlü Elçin Qədiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, ekspertizalar təyin edilib.

Xəbər lenti