Yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - Yenilənib

HADİSƏ
15:22
26 May 2022
478

Bakının Nərimanov rayonu ərazisində güclü yanğın başlayıb.

Sabah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə “Ulduz” metro stansiyası yaxınlığında plastmas istehsalı sexində baş verib.

Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək.

***

FHN yanğınla bağlı daha bir məlumat yayıb.

Bildirilir ki, hazırda Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.

Əlavə məlumat veriləcək.

***

FHN-in yaydığı son məlumata əsasən, nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.