Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı

İDMAN
14:48
26 May 2022
451

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Fərid Qayıbovun əmri ilə onun yerinə Zaur Yaqubov təyinat alıb.

E.Həsənov bundan sonra Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti olacaq.

Qeyd edək ki, E.Həsənov gənclər və idman naziri Azad Rəhimovun qaynıdır.

O, bu gün oxu.az-a müsahibəsində A.Rəhimovun qaynı olması və buna görə işdən çıxarılması ilə bağlı suala belə cavab verib:

“Məni üzrlü sayın, ancaq mən bu suala cavab vermək istəmirəm. Cavab versəm, subyektiv fikir alınar. Kim mənim üzümə gəlib deyə bilər ki, Azad Rəhimovun qohumu idin, ona görə işdən çıxmalısan. Amma indi yeni nazirdir, öz kadrlarını gətirir, bu normaldır. Həmişə necə olubsa, indi də elədir… Ancaq bu obyekt yeganə idman qurğusudur ki, həmişə yaxşı işləyib”.

Xəbər lenti