Kanalda boğularaq ölən şəxslər sərxoş olub - Təfərrüat

ÖLKƏ
11:30
26 May 2022
561

Ötən gün Sabirabadda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əliləmbəyli kəndi ərazisində “VAZ-2107” markalı avtomobilin su kanalına aşması nəticəsində vəfat edən şəxslər rayonun Bala Həşimxanlı kəndinin sakinləri olub.

İlkin araşdırmalar nəticəsində həmin şəxslərin qohum və qəza zamanı sərxoş vəziyyətdə olmaları bəlli olub.

Məlumata görə, Rasim Penciyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Şirvan şəhərindən Bala Həşimxanlı kəndinə qayıdarkən qəzaya düşüblər. Şirvanda yeyib-içən dostlar avtomobillə hərəkətdə olarkən körpünün yaxınlığında qəzaya uğrayıblar. Nəticədə, yoldan çıxaraq kanala aşan maşındakı sərnişinlər: 1991-ci il təvəllüdlü Namiq Pencizadə və 1988-ci ildə anadan olmuş Vüsal Yaqubov suda boğularaq ölüb. Sürücü isə sınan şüşədən çıxaraq xilas olmağı bacarıb.

N.Pencizadə evli və 2 azyaşlı uşaq atası, V.Yaqubov isə subay olub.

Faktla bağlı cinayət işi başlanılıb. Sürücü Rasim Penciyev saxlanılıb.

Xəbər lenti