Bakının mərkəzində qəzada polislər yaralandı - Vəziyyətləri açıqlandı
Bakıda bu gün gecə saatlarında ağır yol qəzası baş verib. Hadisə zamanı Nəsimi Rayon Polis İdarəsinə məxsus post patrul xidmətinin əməkdaşının idarə etdiyi “Fiat” markalı avtomobillə “Mercedes” toqquşub. Nəticədə, “Mercedes”in sürücüsü və polis əməkdaşları bədən xəsarətləri alıb.
Sabah.az xəbər verir ki, Kliniki Tibbi Mərkəz Nəsimi rayonunda polis əməkdaşlarının düşdüyü qəza ilə bağlı məlumat yayıb.
Bildirilir ki, Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınan qəza nəticəsində xəsarət almış 4 nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib:
“Hadisə nəticəsində xəsarət alanlardan 2 nəfər döş qəfəsinin travması ilə, bir nəfər isə qarnının küt travması və bədəninin ümumi əzilməsi ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəsarət alanlardan bir nəfərin başında və üzündə yüngül yaralar olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hazırda xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyəti stabil qiymətləndirilir”.
Daha çox