Səlim Müslümov ev dustaqlığına buraxıldı

ÖLKƏ
10:44
26 May 2022
439

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

Sabah.az Unikal.org-a istinadən xəbər verir ki, sabiq nazir ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, S.Müslümov barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

Xatırladaq ki, sabiq nazir bir neçə gün öncə səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmişdi.

Qeyd edək ki, S.Müslümov 1 ildən çoxdur ki, həbsdə idi. O, 2021-ci ilin fevralında DTX tərəfindən saxlanılmışdı. Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub.

Xəbər lenti