Bu həftəsonu qatarların hərəkət cədvəlində dəyişiklik ediləcək

XƏBƏR
15:09
25 May 2022
238

Bakı metropoliteninin iş rejimində müvafiq dəyişikliklər ediləcək.

Sabah.az xəbər verir ki, metropolitendən verilən məlumata görə, “TEKNOFEST Azərbaycan” iştirakçılarının və izləyicilərinin rahatlığını təmin etmək məqsədilə tədbirin keçiriləcəyi 28 və 29 may tarixləri Azərbaycanda bayram və istirahət günləri olsa da, qatarların hərəkətinin, adi iş günlərində olduğu kimi, optimal qrafik üzrə tətbiq edilməsi qərara alınıb.

Bununla yanaşı, festival günlərində də ehtiyat qatarlar daim hazır saxlanılacaq.

“Bakmil” stansiyasına və əks istiqamətdə hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, qeyd edilən günlərdə qatarların hərəkət cədvəli iş günləri qrafikinə uyğun tənzimlənəcək.

Xəbər lenti