May ayında Qubaya qar yağdı - Video

XƏBƏR
13:36
25 May 2022
245

Quba rayonunun Qrız kəndinə qar yağıb.

Sabah.az xəbər verir ki, ötən gündən bəri yağan qar ətrafı ağ örpəyə bürüyüb.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı ilə bağlı məlumat yaymışdı. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14 dərəcə isti, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 4-8 dərəcə isti olacaq.

Qubanın Qrız kəndində çəkilmiş görüntüləri təqdim edirik: 

Xəbər lenti