Qaxda da mikroavtobus qəzaya düşdü

XƏBƏR
10:20
25 May 2022
263

Qaxda mikroavtobus qəzaya düşüb, bir nəfər xəsarət alıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gecə Qax-Zaqatala avtomobil yolunun, rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.

Bakıdan Zaqatala istiqamətində hərəkət edən “Vito” markalı sərnişin daşıyan avtomobil qəzaya düşüb. Qəza zamanı avtomobilin sürücüsü yüngül xəsarət alsa da, maşında olan sərnişin - Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 2001-ci il təvəllüdlü Şabanlı Safiya Aydın qızı aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daha sonra isə yaralı Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti