Nazir polkovniki yüksək vəzifəyə təyin etdi

XƏBƏR
16:24
24 May 2022
254

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Ələkbər Xələfov Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ə.Xələfov bu təyinata qədər həmin İdarədə şöbə rəisi vəzifəsində çalışıb.

Xəbər lenti