Avtobuslarda cibgirlik edən şəxsin anbaan görüntüləri - Video

XƏBƏR
15:19
24 May 2022
221

Bakıda sərnişin avtobuslarında cibgirlik edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, paytaxt ərazisində cibgirlik cinayətləri edən əvvəllər məhkum olunmuş Qurban Mehtiyev polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma zamanı onun müxtəlif avtobuslarda 4 nəfərin pul kisəsini, mobil telefonlarını və digər qiymətli əşyalarını oğurladığı məlum olub.

Qurban Mehtiyev ifadəsində etdiyi cinayətləri etiraf edib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qurban Mehtiyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Xəbər lenti