"Ətrafınızda belə şəxslər varsa..." - Vüsal Hüseynovdan müraciət

ÖLKƏ
14:38
7 Fevral 2020
91

“Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərindən biri də vətəndaşsızlıq hallarının aradan qaldırılmasıdır”.

Sabah.az xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov özünün Feysbuk səhifəsində yazıb. O, keçmiş SSRİ pasportları əsasında yaşayan və ya vətəndaşlığını təsdiq edən heç bir sənədi olmayan şəxslərə müraciət edib:

“Hazırda heç bir ölkənin vətəndaşlığına mənsub olmayan, ölkə ərazisində keçmiş SSRİ pasportları əsasında yaşayan və ya vətəndaşlığını təsdiq edən heç bir sənədi olmayan şəxslərin Xidmətə müraciət etməsini xahiş edirik. Ətrafınızda belə şəxslər varsa, tanıyırsınızsa onları məlumatlandıra və ya əlaqə vasitələrini bizə göndərə bilərsiz”.

Xəbər lenti