“Kontakt Home” Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı
“Cəmiyyətimiz qarşısındakı sosial öhdəliyini hər zaman dərk edən, onun ictimai-sosial rifahının yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirən “Kontakt Home” bu dəfə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə ölkə başçısının 19 mart tarixli sərəncamı əsasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait ayırıb”.
Bu barədə Sabah.az-a “Kontakt Home” şirkətinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vəfa Rüstəmova məlumat verib. O bildirib ki, ayrılan vəsait qlobal infeksiyanın Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində aparılacaq mübarizə tədbirlərinin həyata keçirilməsinə xərclənəcək:
“Ölkə vətəndaşlarının sağlam və təhlükəsiz şəraitdə yaşamasının təmini dövlətimizin əsas prinsiplərindəndir. Bu prinsiplərin qorunması təkcə hökümətin deyil, eyni zamanda özəl sektor nümayəndələri kimi bizim də öhdəliyimizdir. Biz bunu şirkətimizin Korporativ Sosial Məsuliyyətinin ayrılmaz parçası kimi görürük. Bütün sahibkarları da pandemiya ilə mübarizədə Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək olmağa çağırırıq”.
Qeyd edək ki, “Kontakt Home” pandemiyaya yoluxma hallarının qarşısının alınması, müştərilərinin və əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatları əsasında bütün təhlükəsizlik tədbirlərinə riayət edir, bu istiqamətdə maarifləndirmə işlərini davam etdirir.
Daha çox