Vətən müharibəsi qazisi intihar etdi

XƏBƏR
13:10
23 May 2022
280

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

Sabah.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, hadisə məcburi köçkünlərin Biləsuvar rayonu ərazisində yerləşən 1 saylı Qəsəbəsində qeydə alınıb.

Cəbrayıl rayonu Sarıcalar kənd sakini, 1995-ci il təvəllüdlü Əlisahib Məmmədov özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Qeyd edək ki, o, Vətən müharibəsi qazisi və ailəli olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti