Keşlədə etirazlara səbəb olan gecə klubu fəaliyyətini dayandırdı

ÖLKƏ
12:51
23 May 2022
422

Ötən gün gecə saatlarında Nizami rayonunun Keşlə qəsəbəsinin bir qrup sakini qəsəbənin Şəhidlər xiyabanının yaxınlığında gecə klubunun açılmasına etiraz ediblər. Klubun qarşısına toplaşan sakinlər bunu xiyabanda uyuyan şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirərək sözügedən obyektin bağlanmasını tələb ediblər.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nizami RİH başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi obyektin bağlandığını bildirilib:

“Hazırda həmin obyektin fəaliyyəti dayandırılıb. Lakin bağlanıb-bağlanmayacağı ilə bağlı daha dəqiq məlumatı hüquq-mühafizə orqanları verə bilər”.

Qeyd edək ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələ barədə açıqlamasında hüquq çərçivəsində tərəfləri narahat edən halların araşdırıldığını və hüquqi qiymət veriləcəyini bildirmişdi.

Xəbər lenti